DİN: İstirahət zonalarına əlavə polis əməkdaşları cəlb edilib

DİN: İstirahət zonalarına əlavə polis əməkdaşları cəlb edilib
Foto
Sosial 75

İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə nazirlik tərəfindən xidmət təşkil olunub. Xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər cəlb edilib.

Respublikanın bütün turizm zonalarına - çimərliklərə, su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları ərazilərə təhkim olunub.

Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilir.

Son xəbərlər