Dəyişikliklərə ən çətin uyğunlaşan BÜRCLƏR

Bəzi bürclər yeniliklərə açıq və çevikdirsə, bəziləri köhnə fikirlərə bağlılığı ilə seçilir. Astrologiyaya görə, bəzi bürc nümayəndələri dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkir, yeniliyi risk kimi görür və ənənəvi düşüncə tərzindən əl çəkmək istəmirlər.
BAKU.WS həmin bürcləri təqdim edir.
Astroloqların fikrincə, Buğa, Oğlaq, Əqrəb və Xərçəng bürcləri ən çox köhnə fikirli sayılır. Onların bu xüsusiyyətləri bəzən güvənli qərarlar vermələrinə kömək etsə də, bəzi hallarda inkişafa mane ola bilir.
Buğa – Sabitlik axtaran Buğalar rahat olduqları zonanı tərk etmək istəmirlər. Dəyişiklikləri narahatlıq kimi qəbul edir, illərlə formalaşmış qaydalara sadiq qalırlar.
Oğlaq – Qayda-qanun və sistem insanı olan Oğlaqlar üçün yeniliklər qeyri-müəyyənlik deməkdir. Onlar ənənəvi dəyərləri və uğur gətirən üsulları dəyişməyə həvəsli deyillər.
Əqrəb – Dərin düşünən və şübhəcil Əqrəblər də dəyişikliklərə qarşı ehtiyatla yanaşır. Onlar köhnə, sınanmış yolları daha etibarlı hesab edirlər.
Xərçəng – Emosional bağları güclü olan Xərçənglər üçün keçmiş böyük önəm daşıyır. Onlar köhnə dəyərləri və xatirələri qorumağa üstünlük verirlər.
Bu bürclərin nümayəndələri üçün zaman-zaman yeniliklərə açıq olmaq çətin olsa da, təcrübə və sabitlikləri ilə cəmiyyətə öz töhfələrini verirlər.

Oxşar xəbərlər
Masallıda 5 yaşayış məntəqəsinin yollarının yenidən qurulmasına başlanılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Masallı rayonunda uzunluğu 23 km olan Xıl-Sirəbil-Çayqıraq-Molalan-All...