Dərmanları zibilə atmayın - SƏBƏB
İstifadə müddəti bitmiş və ya artıq istifadə olunmayan dərmanların zibil qutusuna atılması və ya unitaza axıdılması ətraf mühit üçün ciddi təhlükə yarada bilər.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, dərmanların tərkibindəki aktiv maddələr kanalizasiya və ya tullantılar vasitəsilə torpağa, çaylara və göllərə qarışaraq canlı aləminə zərər verir.
Araşdırmalara əsasən, hormonal preparatlar su hövzələrinə düşdükdə balıqların çoxalma sisteminə mənfi təsir göstərə, antidepressantlar heyvanların davranışını dəyişə, antibiotiklər isə bakteriyaların dərmanlara qarşı davamlılığını artıra bilər.
Mütəxəssislər bildirirlər ki, ağrıkəsicilər, sinir sistemi, ürək-damar və onkoloji xəstəliklər üçün istifadə olunan preparatlar da təbiətə düşdükdə təhlükəli təsirlər yarada bilər.
Alimlər istifadə olunmayan dərmanların mümkün olduqda xüsusi qəbul və utilizasiya məntəqələrinə təhvil verilməsini tövsiyə edirlər. Belə məntəqələr olmadıqda isə dərmanların ətraf mühitə qarışmasının qarşısını alacaq təhlükəsiz utilizasiya üsullarından istifadə edilməsinin vacibliyini vurğulayırlar.
Oxşar xəbərlər
Bakının mərkəzi küçəsində piyadalar avtobus zolağında getməyə məcbur olur
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında paytaxtın Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində piyada infrastrukt...