Deputatların koronavirus testinin nəticələri açıqlandı

Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri açıqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, testin nəticələri ilə bağlı deputatların və Milli Məclis Aparatının əməkdaşlarının mobil telefonlarına müvafiq bildiriş göndərilib.
Məlumatı deputat Tahir Kərimli də təsdiqləyib. O bildirib ki, özünün koronavirus testinin nəticəsi neqativ çıxıb.
Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri ilə bağlı parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən geniş məlumat veriləcək.
Oxşar xəbərlər
Deputatların növbəti koronavirus testinin nəticəsi açıqlandı
Milli Məclisin (MM) deputatlarının, MM Aparatının və İşlər müdirinin xidmətinin işçilərinin növbəti koronavirus testinin nəticəsi açıqlanıb. BAKU.WS xəbər verir...
