Deputatların növbəti koronavirus testinin nəticəsi açıqlandı

Milli Məclisin (MM) deputatlarının, MM Aparatının və İşlər müdirinin xidmətinin işçilərinin növbəti koronavirus testinin nəticəsi açıqlanıb.
BAKU.WS xəbər verir ki, MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, indiyə qədər, o cümlədən sonuncu dəfə aparılan bütün koronavirus testinin nəticələri neqativ çıxıb.
Məlumatda bildirilib ki, indiyədək Milli Məclisin deputatlarının, Milli Məclis Aparatının və İşlər müdirinin xidmətinin işçilərində koronavirus aşkarlanmayıb.
Qeyd edək ki, koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Həmin qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin hərarəti yoxlanılır.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
