Milli Məclisin deputatları koronavirus yoxlanışından keçdi

Milli Məclisin deputatları və əməkdaşlarının koronavirus infeksiyası ilə bağlı növbəti dəfə tibbi müayinədən keçməsi tam başa çatıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, müayinədən keçən 121 deputatın və parlamentin digər işçilərinin heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.
Həmçinin koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Məqsəd Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətinin yoxlanılmasıdır.
Qeyd edək ki, martın 30-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasda parlamentin plenar iclaslarının onlayn şəkildə keçirilməsinin mümkünlüyü müzakirə olunacaq.
Oxşar xəbərlər
Koronavirusa görə bəzi həkimlər iyunadək maaşlarını belə alacaq
Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən e...
