Dənizə getmək üçün hansı saatlar təhlükəsizdir? - Mütəxəssis AÇIQLADI

Dənizə getmək üçün hansı saatlar təhlükəsizdir? - Mütəxəssis AÇIQLADI
Foto
Sosial 15

"Çimərlik mövsümündə günvurmadan və zərərli təsirlərdən qorunmaq üçün insanlar Günəş şüalarının daha zəif olduğu saatlarda dənizə getməlidirlər".

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Dənizə getmək üçün hansı saatlar təhlükəsizdir? - Mütəxəssis AÇIQLADI

Onun sözlərinə görə, dənizə getmək üçün ən təhlükəsiz vaxt səhər saat 08:00-11:00 və axşam 16:00-19:00 aralığı hesab olunur:

"Xüsusilə saat 11:00-16:00 arasında ultrabənövşəyi (UV) şüalarının intensivliyi ən yüksək səviyyədə olur. Bu saatlarda uzun müddət açıq havada qalmaq günvurma, Günəş yanığı və uzunmüddətli dəri zədələnmələri riskini əhəmiyyətli dərəcədə artırır. Çimərlikdə olarkən kölgədə istirahət etmək, kifayət qədər maye qəbul etmək, açıq rəngli, yüngül və nəfəsalan geyimlər seçmək, enli kənarlı papaq və UV qoruyuculu gün eynəyindən istifadə etmək vacibdir. Həmçinin, SPF 30 və ya daha yüksək qoruma dərəcəsinə malik Günəşdən qoruyucu krem çimərliyə çıxmazdan təxminən 20-30 dəqiqə əvvəl dəriyə çəkilməli, hər iki saatdan bir, eləcə də üzgüçülükdən sonra yenidən tətbiq edilməlidir".

Z.Quliyev vurğulayıb ki, uşaqlar, yaşlılar, hamilə qadınlar və ürək-damar xəstəlikləri olan şəxslər günün ən isti saatlarında birbaşa Günəş altında qalmaqdan maksimum dərəcədə çəkinməlidirlər.

"Bu sadə qaydalara əməl olunması günvurma riskini əhəmiyyətli dərəcədə azaldır və yay mövsümünün daha təhlükəsiz keçirilməsinə kömək edir", - deyə mütəxəssis əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər