Dənizdə batmamaq üçün bunlara MÜTLƏQ ƏMƏL EDİN

Yay aylarında vətəndaşların istirahət üçün ən çox üz tutduğu məkanlardan biri çimərliklərdir.
BAKU.WS xəbər verir ki, günəşli havada dənizdə çimmək, qumda gəzinti və təbiətlə iç-içə olmaq insanlara rahatlıq və enerji bəxş edir.
Dəniz həm fiziki sağlamlıq, həm də psixoloji rahatlıq baxımından əvəzsiz məkan olsa da, təəssüf ki, bəzən təhlükə mənbəyinə çevrilə bilir. Son illərdə batma hadisələrinin artması bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini göstərir.
Mütəxəssislər çimərliklərdə batmaq təhlükəsi ilə üzləşən şəxslərin həyatda qalma ehtimalını artırmaq üçün aşağıdakı mühüm qaydalara riayət etməyi tövsiyə edirlər:
Panik etməyin, sakitliyinizi qoruyun
Panikaya düşmək nəfəs almağı çətinləşdirir və insanı daha tez yorur. İlk olaraq sakit qalmağa və nəfəsi tənzimləməyə çalışmaq lazımdır.
Suyun üzərində qalın
Əgər ayaqlarınız yerə dəymirsə, arxası üstə uzanaraq bədəninizi suyun üzərində saxlamağa çalışın. Bu, enerjinizin qorunmasına kömək edəcək.
Kömək çağırın
Ətrafda insanlar varsa, ucadan kömək istəmək və əllə siqnal vermək vacibdir. Bununla yanaşı, dalğalara qarşı deyil, sahilə paralel istiqamətdə üzmək daha effektiv ola bilər.
Gizli axınlara qarşı ehtiyatlı olun
Əgər dənizin içərisinə doğru çəkildiyinizi hiss edirsinizsə, bu, gizli axın ola bilər. Belə hallarda ona qarşı üzmək olmaz. Əvəzində, sahilə paralel üzərək həmin axından çıxmaq və sonra geri qayıtmaq daha təhlükəsizdir.
Əgər üzmək mümkün deyilsə, hərəkətsiz qalın və nəfəsinizi qoruyun
Bədəninizi rahat buraxın, mümkün qədər enerjinizi saxlayın və suyun üzərində qalmağa çalışın. Bu, xilas olunana qədər vaxt qazanmağa imkan verir.
Oxşar xəbərlər
Bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsala...