Dəmiryol vağzallarında YENİLİK - Bundan sonra
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında mövcud turniket zallarının sahəsi genişləndirilərək keçid turniketlərinin sayı artırılıb, yeni monitorlar quraşdırılıb.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Belə ki, Bakı Dəmiryol Vağzalında mövcud turniket sayı 28-dən 36-ya çatdırılıb. Hazırda bu vağzaldan gün ərzində 27 min sərnişin istifadə edir. Statistikaya əsasən, 2023-cü ildə bu stansiyadan istifadə edən sərnişinlərin sayı 5 milyon nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 4,5 milyon nəfər təşkil edib.
Bakı Dəmiryol Vağzalında keçid turniketlərinin sayının artırılması ilə bu günə kimi 1 dəqiqədə maksimum 756 nəfər keçə bilirdisə, hazırda 36 turniketlə bu rəqəm 972 nəfərə yüksəlib.
Koroğlu dayanacağında görülmüş işlər nəticəsində isə Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalı 6 metr uzunluğunda genişləndirilib. Həmçinin 6 ədəd yeni keçid turniketinin quraşdırılması ilə turniketlərin sayı 4-dən 10-a çatdırılıb. Keçid truniketlərinin sayının artırılması ilə dayanacaqda indiyə qədər 1 dəqiqədə maksimum 108 nəfər keçə bilirdisə, hazırda 10 turniketlə bu rəqəm 270 nəfərə yüksəlib.
Qeyd edək ki, 2019-cu ildə istifadəyə verilmiş Koroğlu dayanacağından gün ərzində 5000 nəfərə yaxın sərnişin istifadə edir. Statistik göstəricilərə əsasən, 2023-cü ildə bu dayanacaqdan istifadə edən sərnişinlərin sayı 800 min nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 773 mini ötüb.
Qalereya
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...