Daxili İşlər Nazirliyindən əhaliyə MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir.
“Bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir. Nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquqpozmalar törədən şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görür”, - E.Hacıyev qeyd edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...