Daşkəsəndə sel suları ciddi fəsadlara səbəb olub, yol çöküb
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsən rayonunda güclü yağışların və sel sularının yaratdığı fəsadlar nəticəsində yol çöküb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə yolunda sel sularının təsiri ilə iri yarğanlar əmələ gəlib.
Nəticədə yolun bir hissəsi, eləcə də asfalt örtüyü tamamilə çöküb.
Hazırda hadisə yerinə 31 saylı Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunublar. Ərazidə vəziyyət qiymətləndirilir, çökmənin miqyası araşdırılır.
Yolun bir tərəfindən istifadə etmək mümkündür. Sürücülərə həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları və aidiyyəti qurumların xəbərdarlıqlarını nəzərə almaları tövsiyə olunur.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...