Daimi yaşayış ünvanı olmayanlar qeydiyyata necə düşə bilər? - DİN-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda yaşayış yeri üzrə qeydiyyat hər bir vətəndaş üçün qanunvericiliyin tələb etdiyi vacib prosedurlardan biridir.
BAKU.WS-in məlumatına görə, lakin bəzi hallarda insanlar müxtəlif səbəblərdən qeydiyyatdan çıxarılır və ya daimi qeydiyyata düşə biləcəkləri hər hansı yaşayış ünvanına malik olmurlar.
Bu isə onların yeni qeydiyyat məsələsinin necə həll olunacağı ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı vətəndaşları maraqlandıran "Qeydiyyata düşmək üçün ünvan yoxdursa, nə etmək lazımdır?" sualına aydınlıq gətirilməsi üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, vətəndaş hər hansı yerdə qeydiyyatda deyilsə, qeydiyyata düşmək üçün ünvan yoxdursa, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəsmi qaydada müraciət etməlidir. Həmin müraciətə baxılıb, müvafiq qərar verilə bilər.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...