Daha iki universitetdə ənənəvi tədris bərpa olunmayacaq

Daha iki universitetdə ənənəvi tədris bərpa olunmayacaq
Sosial 412

Azərbaycanda daha iki universitet fevralın 15-dən ənənəvi tədrisi bərpa etməmək barədə qərar verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ikinci semestri onlayn şəkildə davam etdirəcək.

ADAU-dan bildirilib ki, tədris distant (onlayn) formada və ADAU TV vasitəsilə keçiriləcək.

AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova “Report”a bildirib ki, tədris onlayn şəkildə davam edəcək: "Laboratoriya dərslərində virtual laboratoriya təqdim olunacaq".

Xatırladaq ki, bir neçə gün öncə "Report" fevralın 15-dən hansı ali məktəblərin ənənəvi tədrisi bərpa edib-etməyəcəyi barədə araşdırma aparmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər