Daha bir şəhidin övladı dünyaya gəlib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu günlərdə Vətənin azadlığı uğrunda canından keçərək müqəddəs Şəhidlik məqamına yüksəlmiş Fərid Nağıyevin qız övladı dünyaya gəlib. Dünyaya göz açan şəhid balasına atasının arzusuna uyğun olaraq Anay adı verilib.
Yevlax Şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, icra başçısı aparatının nümayəndələri, şəhidin döyüş yoldaşları şəhidin həyat yoldaşını və körpəni ziyarət edib
Körpənin doğumu münasibətilə ailə üzvlərinə göz aydınlığı verib, onlara hədiyyələr təqdim ediblər. Ailə üzvləri onlara göstərilən qayğıya görə dərin minnətdarlıqlarını bildirib. Xəstəxanadan evə gələn ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər.
Tədbirdə qeyd olunub ki, ölkəmizdə şəhid ailələri və qazilərin qayğıları dövlət başçısı İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. BAKU....