Daha bir rəis işdən çıxarıldı - Ramil Usubov cəzalandırdı

Daha bir rəis işdən çıxarıldı - Ramil Usubov cəzalandırdı
Sosial 7018
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov daha bir kadrı cəzalandırıb.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu ilin yanvar ayında Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə polkovnik Əkbər İsmayılov təyin edildikdən sonra idarə daxilində yeniləmə işlərinə başlanılıb.Bir müddət sonra İdarənin keçmiş fəaliyyətinin araşdırılması üçün nazirlik tərəfindən xidməti yoxlama aparılıb. Nəticədə, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə İdarənin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Əliyev nazirin əmri ilə vəzifəsindən azad olunub və sərəncama götürülüb.Qeyd edək ki, bir neçə gün əvvəl Tovuz RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev saxta şəxsiyyət vəsiqəsi verdiyi üçün nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Oxşar xəbərlər

Ramil Usubovun işdən çıxardığı polkovnik: “Məni aldadıblar”

Ramil Usubovun işdən çıxardığı polkovnik: “Məni aldadıblar”

Xarici ölkə vətəndaşlarına saxta şəxsiyyət vəsiqəsi verməklə qanun pozuntusuna yol verdiyi üçün xidmətdən xaric olunan polis polkovnik-leytenantı Kamil Quliyev...

1279 Sosial 13:45 31 may 2019

Son xəbərlər