Ramil Usubovun işdən çıxardığı polkovnik: “Məni aldadıblar”

Ramil Usubovun işdən çıxardığı polkovnik: “Məni aldadıblar”
Sosial 1279
Xarici ölkə vətəndaşlarına saxta şəxsiyyət vəsiqəsi verməklə qanun pozuntusuna yol verdiyi üçün xidmətdən xaric olunan polis polkovnik-leytenantı Kamil Quliyev məsələ ilə bağlı açıqlama verib.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun sabiq baş inspektoru K.Quliyev bildirib ki, bu cinayətdə onun əli olmayıb:“Mən 1993-cü ildən daxili işlər orqanlarında xidmət edirəm. Bu müddət ərzində ancaq qanunun aliliyini əsas tutaraq işləmişəm. Heç vaxt qanunsuzluğa yol verməmişəm. Hətta 1993-cü il aprelin 16-da torpaqlarımız uğrunda erməni işğalçıları ilə mübarizə apararkən güllə yarası almışam. İki ali təhsilim var, həmişə xalqıma, el-obama, dövlətimə, prezidentimə, nazirə sədaqətlə xidmət etmişəm. 2014-cü ildə bu sahəyə təzə gələn vaxtımda bir qədər təcrübəsizliyim olub, əməkdaşlar məni aldadıblar, sui-istifadə edərək belə hallara yol veriblər. Mən heç vaxt saxta sənəd verməmişəm, həmin adamların da üzünü görməmişəm. Bu işdə heç bir marağım da olmayıb. Həmin işi görən əməkdaşı özüm aşkar edib işdən çıxarmışam. Vicdanımla deyirəm ki, bu işdə mənim əlim yoxdur”.Qeyd edək ki, K.Quliyev xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Oxşar xəbərlər

Nazir əcnəbilərə saxta pasport verən rəisi işdən qovdu

Nazir əcnəbilərə saxta pasport verən rəisi işdən qovdu

Azərbaycanda polis rəisi xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Da...

1217 Siyasət 21:10 30 may 2019

Son xəbərlər