Daha bir marşrut xətti “BakuBus”a verildi

Daha bir marşrut xətti “BakuBus”a verildi
Sosial 485

Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus “BMC Procity” 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Dəyişiklik nəticəsində paytaxtın Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.

Qeyd edək ki, sərnişinlərin “BakıKart”ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca, xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər