Daha bir kənd fasiləsiz içməli su ilə təmin olunub
Siyəzən rayonunun Orta Həmyə kəndi fasiləsiz içməli su ilə təmin olunub.
BAKU.WS Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir ki, Orta Həmyə kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunaraq kənddaxili şəbəkə qurulub.
Bu çərçivədə uzunluğu 3 km olan su xətti çəkilib və 76 abonentə ev birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotu və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təmin edilib. Ümumilikdə Orta Həmyə kəndinin 261 nəfərlik əhalisinin günlük 60 m³ su tələbatı yeni yaradılan şəbəkə vasitəsilə tam qarşılanır.
Qeyd edək ki, hazırda rayon üzrə 14 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. 2025–2026-cı illərdə Siyəzən rayonunun Tuğay və Zarat kəndlərində də mərkəzləşdirilmiş su təchizatı sisteminin qurulması planlaşdırılır. Bununla yanaşı, tullantı su təmizləyici qurğularında təmir-bərpa işlərinin aparılması və suyun zərərsizləşdirilməsi üçün elektroliz qurğusunun tətbiqi nəzərdə tutulur.
Oxşar xəbərlər
"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib
"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib. BAKU.WS xəbər verir ki, görüş bir gün əvvəl Astana şəhərində "Xa...