Dağlıq ərazidə yaşayanlara nazirlikdən XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.
Bununla bağlı FHN əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...