Culfanın bəzi kəndlərində işıq olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Naxçıvan Dövlət Energetika Xidməti məlumat yayıb.
Bildirilib ki, "Çeşməbasar" yarımstansiyasından qidalanan 35/10 kilovoltluq "Əbrəqunus" hava elektrik verilişi xətti aparılan təmir işlər ilə əlaqədar sifarişə əsasən açılacaq.
Bu səbəbdən, dekabrın 7-də saat 10:30-dan 11:30-a qədər Culfa rayonunun Əbrəqunus, Ərəzin, Bənəniyar, Qızılca, Kırna, Saltaq, Xoşkeşin, Camaldın, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...