Çox uşaqlı ailələrdə bu problemlər yarana bilər

Çox uşaqlı ailələrdə bu problemlər yarana bilər
Şərh
Sosial 74

Çox uşaqlı ailədə valideynlərin bir uşağa daha çox diqqət ayırıb, digərlərinə laqeyd qalması ciddi psixoloji nəticələrə səbəb olur.

Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Mütəxəssisin fikrincə, laqeyd qalan uşaq özünü "dəyərsiz", "yetərsiz" hiss etməyə başlayır.

"Daxilində "Mən sevilməyə layiq deyiləm."inanc formalaşır. Uşaqlar valideyn sevgisi uğrunda bir-biri ilə rəqabət aparmağa başlayır. Bu isə sonradan açıq və ya gizli düşmənçiliyə çevriləcək", - deyə mütəxəssis bildirib.

Çox uşaqlı ailələrdə bu problemlər yarana bilər

Əbdül Səlimli əlavə edib ki, diqqətdən kənarda qalan uşaq diqqət çəkmək üçünbir sıra hərəkətlər edəcək:

"Aqressiv ola bilər, qaydaları pozar, yalan danışa bilər. Hətda dərsdən və ya sosial mühitdən uzaqlaşa bilər.

Çünki uşaq üçün mənfi diqqət belə diqqətsizlikdən yaxşıdır".

Əbdül Səlimli qeyd edib ki, bəzi uşaqlar etiraz etmir, əksinə susur:

"Bu uşaqlar hisslərini ifadə etməyi öyrənmir, böyüdükdə yaxın münasibətlər qurmaqda çətinlik çəkirlər.

Bu cür böyüyən fərdlər ya həddindən artıq diqqət tələb edir, ya da emosional olaraq uzaq münasibətlər qururlar. Uşaqlıqda yaranan bu boşluq böyüklükdə də özünü göstərir.

Uşaqlara eyni şeyləri almaq yox, hər birinə eyni dərəcədə emosional yaxın olmaq vacibdir. Vacib olan uşağın yaşı, cinsi, uğuru deyil varlığıdır".

Son xəbərlər