COVID pasportu nədir? - Kimlərə veriləcək - VİDEO

"Yeni sənəd tətbiq olunur, COVID pasportu. Bu pasport iki sertifikatdan ibarət olacaq. Hər iki sənədin adı COVID pasportu kimi təqdim olunur".
BAKU.WS xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib.
O əlavə edib ki, birinci sertifikat peyvəndləşmə sertifikatıdır: "İki peyvənd vurulan vətəndaşlara "e-gov.az" portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata bütün vətəndaşların "e-tabib" tətbiqi vasitəsilə çıxışı var. Eyni zamanda "e-gov.az" vasitəsilə onu çap edib özündə saxlaya bilər.
Hər iki sertifikatın üzərində "QR" kod mövcuddur. Bununla elektron yoxlanılma mümkündür.
İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu da xəstələnib sağalmış şəxslərə tətbiq olunur. Çünki onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq olunmur və immunitet sertifikatı da COVID pasportu kimi qəbul olunur".
Oxşar xəbərlər
İdman zallarına COVID pasportu ilə getmək mümkün olacaq - VİDEO
"Azərbaycanda iyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək". BAKU.WS xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezide...
