COVID-19 vaksini sonsuzluq yaradır? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
“Koronavirusa qarşı vaksinlərin sonsuzluq yaratmasına dair heç bir sübut yoxdur”.
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev nazirliyin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları cavablandırarkən deyib.
COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi? - sualını cavablandıran həkim bu iddiaların əsassız olduğunu deyib:
“Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna, plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamiləlik üçün çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”.
Oxşar xəbərlər
Baş infeksionist: “Xəstəliyin bu dövrü dördüncü alovlanmadır” - FOTO
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “report”a müsahibə verib. BAKU.WS həmin müsahibəni təqdim edir: - Son günlərdə yol...