Qadın koronavirusu ağır keçirərsə, sonsuzluq yarana bilər - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Reproduktiv dövrdə COVİD keçirən qadınlarda sonsuzluq yaranması haqqında məlumat hələ sübut olunmayıb".
BAKU.WS xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Vüsalə Ağabalayeva COVİD-in sonsuzluq yaratmasından danışarkən deyib.
Həkimin bildirdiyinə görə, COVİD ölümlə nəticələnirsə, reproduktiv dövrdə olan qadınlarda sonsuzluq yaratmaq ehtimalı da çoxdur:
"Bu 15 yaşdan 45 yaşa qədər olan qadınlarda müşahidə oluna bilər. Əgər bu müddət ərzində qadın COVİD-i ağır keçirdərsə, belə qadınlarda sonsuzluq yaranması ehtimalı var. Amma bunun sübut olunması lazımdır".
Qeyd edək ki, Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov mətbuata açıqlamasında "koronavirus sonsuzluq yaradır" deyə bildirib.
Oxşar xəbərlər
COVID-19 sonsuzluğa səbəb olur - AÇIQLAMA
“Alimlərin apardığı araşdırmaların nəticəsinə əsasən koronavirusdan ölən şəxslərin təxminən 32%-də kəskin böyrək çatışmazlığı aşkar olunub”. BAKU.WS “report”a i...