COP29 üçün 60 yeni ambulans təhkim olunub

COP29 üçün 60 yeni ambulans təhkim olunub
Foto
Sosial 231

COP29 zamanı təcili tibbi yardım göstərəcək 60 briqada (həkim, orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşların siyahısı hazırlanıb, eləcə də nəzərdə tutulan 60 ədəd yeni ambulans (İVECO markalı) artıq təhkim olunub.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə, əvəzedici ehtiyat ambulans və briqadalar da hazır vəziyyətə gətirilib", - deyə V. Qurbanov vurğulayıb.

Qeyd olunub ki, COP29 ərəfəsində 5 ədəd elektro ambulans istifadə olunacaq.

Son xəbərlər