Çobanzadə küçəsində acınacaqlı vəziyyət
Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən 13 sentyabr tarixindən etibarən ictimai-iaşə obyektləri və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq. Monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən ediləcək və onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.
"Obyekt sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar və qurğuların filtrlərini vaxtında yeniləsinlər".
***13:32
Bakıda fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərinin ətraf mühitə ziyan vurduğu müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülər şadlıq saraylarının çoxluq təşkil etdiyi Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
Oxşar xəbərlər
Sabunçu Tibb Mərkəzi göndərişi olan xəstəni qəbul etmir? - İDDİA
Əlində tibbi göndərişi olsa da, xəstəni Sabunçu Tibb Mərkəzinə qəbul etmirlər. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, şəxsin özü və yaxınları belə iddia...