Cənub bölgəsini sel aparır - 21 nəfər TƏXLİYƏ EDİLİB
07
noy
2018
14:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
5-6 noyabr 2018-ci il tarixlərində gecə saatlarında respublikanın bəzi cənub rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Astaraçay çayında suyun səviyyəsi artıb, Astara rayonunun Rudəkənar kəndində bəzi ərazilər daşqın və yağış suları ilə dolub. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub. Rayonun Rudəkanar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri bəndbərkitmə işlərinin aparıldığı ərazidə növbə çəkirlər.BAKU.WS
Oxşar xəbərlər
FHN-dən yağışın yaratdığı fəsadlarla bağlı RƏSMİ MƏLUMAT (FOTO)
Fövqəladə Hallar Nazirliyi güclü yağışın yaratdığı fəsadlarla bağlı rəsmi məlumat yayıb. BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, bu gün səhər saatları...