FHN cənub bölgəsindəki vəziyyətlə bağlı məlumat yaydı

04
okt
2017
23:40
Fövqəladə Hallar Nazirliyi (FHN) yağışların Lənkəran və Astarada törətdiyi fəsadlarla bağlı məlumat yayıb.BAKU.WS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, məlumatda bildirilir ki, son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.Eyni zamanda, Lənkəran çayında suyun səviyyəsi artıb.Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası müvafiq xilasetmə işlərinin aparılması üçün yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunub. Əlavə məlumat veriləcək.BAKU.WS

Oxşar xəbərlər
FHN Qəbələ dağlarındakı yanğınla bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ dağlarında baş verən yanğınla bağlı məlumat yayıb.BAKU.WS nazirliyin saytına istinadən bildirir ki, rayonun Abrıx kəndin...