Çindən təxliyə edilən azərbaycanlılar vətənə yola salınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Xalq Respublikasının Uxan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyə olunan və Ankaradakı doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları bu gün sözügedən xəstəxananı tərk edibər.
Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyindən BAKU.WS-ə daxil olmuş məlumata əsasən, bu xüsusda, səfirliyimiz həmvətənlərimizlə Ankaradakı Heydər Əliyev Parkındakı Buta Azərbaycanı Tanıtım Mərkəzində görüşüb.
Görüşdə Çindən dönən Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Türkiyə dövlətinə təxliyə ilə bağlı göstərilən dəstək və qayğıya görə təşəkkür ediblər. Eyni zamanda, həmvətənlərimiz Heydər Əliyev Parkını ziyarət edərək Ulu Öndər Heydər Əliyevin heykəlinin önünə gül qoyub və mətbuata müsahibə veriblər.
Azərbaycanlılar yerli vaxtla saat 13:00-da AZAL-ın müvafiq reysi ilə Bakıya yola düşüblər. Onların Bakı vaxtı ilə saat 16:20-də Azərbaycana çatmaları gözlənilir.
Çindən təxliyə olunan Azərbaycan vətəndaşları aşağıdakılardır:
1. Quliyeva Leyla2. Nağıyev Firuddin3. Nağıyeva Duyğu4. Rauf Məmmədli5. Tural Cəfərov6. Elşən Musazadə
Oxşar xəbərlər
Leyla Əliyeva bir qrup rusiyalı qadının məktubuna cavab verib
Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanına 2018-ci ilin oktyabr ayında “Qadınlar sülhün tərəfdarıdır” təşəbbüsü çərçivəsind...