Çində koronavirusa görə yenidən lokdaun tətbiq olundu
15
iyl
2021
21:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin cənub-qərb Yunnan əyalətinin Myanmar sərhədindəki Lunqçuan qəzasında dünən daha üç nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması faktı ilə bağlı lokdaun tətbiq edilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, 190 min əhalisi olan qəzaya giriş və çıxış məhdudlaşdırılıb, əhalinin kütləvi test olunmasına başlanılıb.
Yoluxanların hər üçü xəstəxanaya yerləşdirilib, onlarla təmasda olduqları müəyyənləşdirilən daha 383 nəfər isə karantinə alınıb.
Oxşar xəbərlər
Çində COVID-19 səbəbindən elan olunan bütün orta və yuxarı riskli zonalar ləğv edilib
Çinin materik hissəsində COVID-19 infeksiyasının yayılması səbəbindən elan olunan orta və yüksək riskli zonaların hamısı ləğv edilib. BAKU.WS AZƏRTAC-a istinadə...