Cəlilabadda selin yararsız hala saldığı körpü bərpa olunub

Cəlilabadda selin yararsız hala saldığı körpü bərpa olunub
Foto
Sosial 61

Cəlilabad rayonunun Vənlik kəndi ərazisində yerləşən və sel suları nəticəsində qəzalı vəziyyətə düşmüş müvəqqəti körpü bərpa edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən aparılan təmir işləri nəticəsində keçid bərpa olunub.

Qeyd edək ki, sözügedən körpü rayonun Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişi üçün istifadə etdikləri yeganə nəqliyyat bağlantısıdır. Körpünün yararsız vəziyyətə düşməsi nəticəsində üç kəndin rayon mərkəzi ilə əlaqəsi müvəqqəti olaraq kəsilib.

***

Cəlilabadda ötən gündən başlayan intensiv yağışlardan sonra Mişarçayda suyun səviyyəsi kəskin artıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda çaydan sel keçir.

Həmçinin rayonun Uzuntəpə su anbarında suyun həcmi maksimum həddə çatıb. Anbarda subasma təhlükəsi yarandığı üçün əraziyə texnika cəlb olunub. Eləcə də müvəqqəti bəndlər qurulub.

Hazırda su anbarında daşqın təhlükəsi var. Təhlükənin artacağı təqdirdə suyun təhlükəsiz ötürülməsi üçün anbarın qarşı hissəsinin texnika vasitəsilə açılması nəzərdə tutulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər