Cəlilabadda iki min il əvvələ aid qəbir abidəsi aşkarlandı
10
fev
2022
21:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda 2 min il əvvələ aid qəbir abidəsi aşkar edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, abidə rayonun Uzuntəpə kəndi ərazisində ev tikintisi ilə bağlı qazıntı aparılarkən tapılıb.
Qəbir abidəsində mərhum oturaq vəziyyətdə basdırılıb, qolunda tunc bilərzik, ətrafında isə saxsı qablar qoyulub.
Tapıntı ilə bağlı "Report"un yerli bürosuna açıqlama verən tarixçi Ələsgər Mirzəzadə qeyd edib ki, qəbir ilkin ehtimalla 2 min il əvvələ aid edilir.
Abidə ilə bağlı AMEA-ya müraciət edilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...