Cəlilabad sakinində qanunsuz odlu silah aşkar edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini S.Məmmədovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən həmçinin rayon sakinləri S.Yarıyev və S.Piriyevin isə mülki silahın daşınması qaydalarını pozduqları müəyyən edilib.
Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.
Oxşar xəbərlər
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi təsdiq edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. BAKU.WS xəbər verir ki, f...