Cəbrayıla yeddi baş ceyran buraxılıb
Şirvan Milli Parkından götürülən yeddi baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətin rəis müavini Arzu Babayeva bildirib.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə növbəti reintroduksiya tədbiri həyata keçirilib.
Xidmət rəsmisinin sözlərinə görə, "Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası" layihəsi çərçivəsində bugünədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.
Oxşar xəbərlər
Məşhur universitetdə yeni yataqxana tikiləcək - 1000 yerlik olacaq
Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisi planlaşdırılır. BAKU.WS-in məlumatına görə, bununla bağlı kompl...