Cəbrayıl şəhərində Zəfər Günü qeyd olunub

Cəbrayıl şəhərində Zəfər Günü qeyd olunub
Foto
Sosial 28

Cəbrayıl şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.

Cəbrayıl şəhəri, Cocuq Mərcanlı, Horovlu, Ağalı və Məmmədbəyli kənd sakinləri və digər qonaqların qatıldığı tədbirdə incəsənət xadimlərinin təqdimatında bəstəkar və xalq mahnıları səsləndirilib.

Sonra "Dərviş" qrupu repertuarındakı ən sevilən mahnılarını ifa edərək bayram konsertini tamamlayıb.

Şənlik boyu feys-art rəssamları uşaqların üzlərində müxtəlif şəkillər çəkərək bayrama əlavə rəng qatıblar.

Axşam saatlarında Cəbrayıl şəhəri, Ağalı və Məmmədbəyli kəndlərinin səmasında Zəfər Günü münasibətilə atəşfəşanlıq nəzərdə tutulub.

Son xəbərlər