Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub
03
noy
2025
11:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də təməlini qoyduğu Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq.
Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək.
İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq.
Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq.
Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.
Qalereya
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...