Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışdı
29
yan
2018
22:55
“Azərbaycan Dəmir Yolları” QSC-də Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə ilə görüş keçirilib.ADY-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata əsasən, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq və regional layihələrin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.C.Qurbanov bildirib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndirilməsində ölkənin nəqliyyat qurumlarının, o cümlədən dəmir yolu nəqliyyatının üzərinə böyük missiya düşür.O, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və xüsusilə də keçən il oktyabr ayında açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə də ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək. Bu layihəyə qoşulmaq marağı, ilk növbədə, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, Pakistan, Çin və Hindistandan gəlib. Orta Asiya ölkələri də həmçinin bu layihəyə böyük maraq göstərir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək. Artıq ilk yük qatarları bu marşrutla yola salınıb.Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey çıxış edərək Azərbaycanın nəqliyyat-logistik imkanlarının genişlənməsini, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini və digər beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana məxsus ilk qatar Türkiyəyə çatıb
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yola salınan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ilk qatar Türkiyə ərazisinə çatıb.“Azərbaycan Dəmir Yolları” Qapalı...