Azərbaycan İrana 500 milyon dollar kredit verəcək
27
okt
2017
15:50
Azərbaycan və İran "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu məntəqəsinin tikintisinin maliyyələşdirilməsi şərtləri haqqında razılığa gəliblər.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə özəl açıqlamasında İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə baş direktoru Hüseyn Yaqubi bildirib.Onun sözlərinə görə, İran Mərkəzi Bankının, İqtisadiyyat və Maliyyə Nazirliyinin, eləcə də "İran Dəmir Yolları"nın nümayəndələri ötən gün Bakıdakı görüş zamanı azərbaycanlı həmkarları ilə dəmir yolunun tikintisi üçün kredit ayrılması şərtləri barədə razılığa gəliblər:"Azərbaycan tərəfi 164 km uzunluğunda dəmir yolunun tikintisinə 500 milyon dollar məbləğində kredit ayrılmasına razılıq verib".H.Yaqubi deyib ki, kredit sazişinin rəsmi imzalanması mərasimi yaxın gələcəkdə Tehranda keçiriləcək.Xatırladaq ki, İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian yüksək səviyyəli nümayəndə heyəti ilə oktyabrın 26-da Bakıya səfərə gəlib.Qeyd edək ki, Rəşt-Astara dəmir yolu məntəqəsi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanın, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsinə hesablanmış "Şimal-Cənub" nəqliyyat dəhlizinin mühüm hissəsidir. İlk mərhələdə dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.BAKU.WS
Oxşar xəbərlər
Naxçıvan-Bakı qatarının işə düşəcəyi vaxt bilindi
Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra Naxçıvan-Bakı qatarı işə salınacaq. BAKU.WS xəbər verir ki, "Report"un dövrü mətbuata istinadən verdiyi m...