İrandan Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı xüsusi TƏKLİF - Təbrizədək uzadılsın
29
noy
2017
18:34
“İran Bakı-Tbilisi-Qars dəmir yolunun Təbriz şəhərinə qədər uzadılmasını təklif edib”.BAKU.WS-in məlumatına görə, bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi deyib.O bildirib ki, bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə müzakirə aparılıb və memorandum imzalanıb: “Bu, çox böyük layihədir və üzərində iş gedir. Bu layihə reallaşsa, dairəvi dəmir yolu yaranacaq. İran və Türkiyə layihə üzrə işlər aparmaqla bağlı razılıq ifadə edib”. Cənub-Qərb nəqliyyat dəhlizinə toxunan A. Axundi onun çox uğurlu olacağını hesab etdiyini söyləyib: “Bu dəhliz region və dünyada olan dəhlizlərlə rəqabət apara biləcək. Əminəm ki, İran, Azərbaycan, Gürcüstan və Ukraynanın bu dəhlizlə bağlı əməkdaşlığı uğurlu olacaq.”O, İran və Azərbaycan arasında infrastruktur sahəsində əməkdaşlığın çox yaxşı davam etdiyini qeyd edib: “Astara-Astara dəmir yolunun tikintisi davam edir. Azərbaycan tərəfi ilə Astaradan Rəştə qədər olan dəmir yolunun tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar apardıq. Bununla bağlı memorandum imzalanıb. Layihə ilə bağlı müqavilənin imzalanması da nəzərdə tutulur. Bundan sonra Azərbaycan layihənin inkişaf etdirilməsində iştirak edəcək.”BAKU.WS
Oxşar xəbərlər
Ermənistan Bakı-Tiflis-Qars dəmir yoluna göz dikib: “Biz də qoşulacağıq...”
Ermənistanda ötən gün işə düşən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı əməlli-başlı pərtlik müşahidə olunur. Rəsmi İrəvan hökumət və ya XİN səviyyəsində...