Cahangir Hacıyevin şirkəti müflis oldu?
Paytaxtda "Azərinşaatservis" MMC-nin işçiləri etiraz aksiyası keçirib.
BAKU.WS Xəbərlə.com-a istinadən məlumat verir ki, işlədikləri təqdirdə 5 aydır əmək haqqı almayan şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər.
Əmək haqqı ala bilməyən 200 nəfərə yaxın işçi Dərnəgül istiqamətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə doğru etiraz yürüşü ediblər.
BAKU.WS şirkətlə məsələ ilə bağlı əlaqə saxlamaq istəsə də şirkətin əlaqə telefonlarının borcdan bağlanıldığı məlum oldu. Adıçəkilən şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirlər.
Oxşar xəbərlər
Eldar Mahmudov işdən çıxarılandan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudov gözlənilmədən ictimaiyyət qarşısına çıxıb. BAKU.WS haqqın.az-a istinadən məlumat verir ki, E.Mahmudov sonuncu d...