Bəzi rayonlarda qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq.
"Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 12:00-dan 18:00-dək "Qazıməmməd-Qazax” magistral qaz kəmərinin "Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində və "Goranboy” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində aparılan işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Oxşar xəbərlər
Saat 18-dək qaz olmayacaq
Abşeron, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. BAKU.WS bildirir ki, bu gün saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdar...