“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıdıb
06
yan
2020
11:47
Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.
“Buta Airways”dan BAKU.WS-ə verilən məlumata görə, yerli vaxtla saat 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.
Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.
Oxşar xəbərlər
Bakı aeroportu uçuşların coğrafiyasını genişləndirir və yeni aviaşirkətləri cəlb edir
Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və ye...