“Buta Airways” Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşların cədvəlini dəyişməyi planlaşdırmır
08
yan
2020
16:12
Çoxsaylı müraciətlər ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, AZAL və “Buta Airways” aviaşirkətləri hal-hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Verilən məlumata görə, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.
Oxşar xəbərlər
“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıdıb
Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı...