Burada maşın saxlamaq da, hərəkət etmək də müşkülə çevrilib - NECƏ OLMALIDIR?
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında paytaxtın Abay Kunanbayev küçəsində sürücüləri və piyadaları narahat edən problem barədə məlumat verilib.
Qeyd olunub ki, sözügedən küçədə nə səki, nə də parklanma düzgün təşkil edilib.
Vurğulanıb ki, sakinlərin müraciətlərinə əsasən, indiki halda bu cür parklanmaya görə avtomobil sahibləri cərimələnirlər. Çünki səki yolun hərəkət hissəsi ilə, demək olar ki, eyni hündürlükdədir:
"Avtomobillər də həmin ərazidə parklanıb. Yaxşı olar ki, səki yol örtüyünə görə fərqlənsin və bu ərazidə paralel parklanma məntəqəsi təşkil edilsin. Parklanmanın təşkilindən sonra piyadaların hərəkəti üçün kifayət qədər boşluq ərazi qalsa da, uşaq və ya əlil arabası ilə hərəkət edənlər üçün pandusların təşkil edilməsi şərtdir".
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...