Bu yerlərdə maşın saxlayanlar 60 manat cərimələnəcək
11
yan
2018
12:03
Azərbaycanda sərnişin daşıma qaydasını pozan taksi sürücüləri 60 manat məbləğində cərimə ediləcək.BAKU.WS-in məlumatına görə, bu barədə Yol hərəkəti haqqında qanunun 52-ci maddəsində qeyd olunur.Maddədə bildirilir ki, Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandırİnzibati Xətalar Məcəlləsinə əsasən bu qaydanı pozan taksi sürüclərinə tətbiq edilən cərimənin miqdarı 60 manat, cərimə balı isə 3-dür.BAKU.WS
Oxşar xəbərlər
Vaqif Əsədov taksi sürüclərinə xəbərdarlıq etdi: "İngilis-rus dillərini öyrənin"
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə taksi sürücülərinə müraciət edir. BAKU.WS xəbər verir ki...