Bu xəstəlik sizdə varsa müəllim işləyə bilməyəcəksiz! - SİYAHI

Bu xəstəlik sizdə varsa müəllim işləyə bilməyəcəksiz! - SİYAHI
Sosial 1513
Nazirlər Kabineti “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı” təsdiq edib.BAKU.WS xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin siyahısı belədir:1. Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi2. Alsheymer xəstəliyi zamanı demensiya3. Vaskulyar demensiya4. Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya5. Dəqiqləşdirilməmiş demensiya6. Üzvi hallyüsinoz7. 1Üzvi-katatonik hal8. 2Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu9. Üzvi mənşəli şəxsiyyət pozuntusu10. Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları11. Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları12. Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları13. Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları14. Hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları15. Şizofreniya16. Xroniki sayıqlama pozuntuları17. Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu18. Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu19. Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu20. Bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu21. Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod22. Şəxsiyyətin paranoid pozuntusu23. Şəxsiyyətin dissosial pozuntusu24. Şəxsiyyətin emosional davamsız pozuntusu25. Şəxsiyyətin isterik pozuntusu26. Azartlı oyunlara patoloji meyil27. Yanğına patoloji hərislik (piromaniya)28. Oğurluğa patoloji hərislik (kleptomaniya)29. Seksual seçimin pozuntusu30. Kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla)31. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla)32. Səs büküşlərinin və qırtlağın iflici33. Binokulyar korluq (xüsusi təhsil müəssisələri istisna olmaqla)34. Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla)BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər