Bu şəxslərin ölkədən çıxışı ilə bağlı qadağa qalxacaq
03
mar
2019
12:04
Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə dair bütün hüquqi nəticələr ləğv olunacaq.BAKU.WS xəbər verir ki, bu sözləri Axar.az-a vaxtı keçmiş kredit borcları ilə bağlı yaranmış məhkəmə işləri ilə bağlı danışan Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Komissiya üzvü vurğulayıb ki, Prezidentin fərmanının əsas məzmunu da elə məhz bundan ibarətdir:"Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə dair bütün hüquqi nəticələr ləğv olunacaq. Söhbət ancaq 10 000 dollaradək olan problemli kreditlərlə bağlı məhkəmə işlərindən gedir. Prezident mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq qurumlara göstəriş verib. Bu mexanizmlərlə bağlı meydana çıxan bütün məsələlər məhz fərmana uyğun olaraq həll olunacaq. Hər bir məsələyə isə fərdi qaydada baxılacaq”.Ə.Nuriyev bildirib ki, fərmandan irəli gələn məsələlərlə bağlı hər kəsin hüququ tam bərpa olunacaq:"Əvvəla, 10 000 dollara qədər olan kredit borcuna görə kiminsə həbs olduğunu güman etmirəm. Fərmanda göstərilən məbləğədək kredit borcuna görə məhkəmə qərarları əsasında ölkədən çıxışına icazə verilməyən şəxslər üzərindən bu qadağa götürüləcək”.Sözügedən kateqoriyaya kompensasiyaların verilməsinə gəlincə, komissiya üzvü fərmanda göstərilən şərtlərə əsasən sosial ədalətə təsir göstərən bütün faktorların bərpa olunacağını deyib:"Fərmanda qeyd olunub ki, devalvasiyadan sonra ödənilmiş kredit faizləri arasındakı fərq qaytarılacaq. Bu o deməkdir ki, qərar göstərilən məbləğədək (10 000 ABŞ dolları) kredit borcu olan şəxslərin işlərinə aid ediləcək. Belə ki, həmin kredit məbləği həcmində kredit borcu olan sahibkarlıq subyektləri qərardan yararlana biləcəklər. Yəni bu güzəşt hüquqi şəxs olan biznes subyektləri və kommersiya qurumlarına şamil edilmir”.BAKU.WS
Oxşar xəbərlər
NBCBank-da problemli kreditləri olan müştərilərə müraciət
28 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kredit...