Manatla borcu olanlara ŞAD XƏBƏR: Güzəştlər təkcə dollar kreditlərinə şamil edilməyəcək
27
fev
2019
23:20
Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib. Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.Hökumətdəki mənbə problemli kreditlərlə bağlı Modern.az-a bəzi detallar barədə danışıb: “Ölkə başçısının müvafiq göstərişinə əsasən, problemli kreditlər məsələsinin həlli istiqamətində hökumət üzvləri tərəfindən keçən ildən başlayaraq çox fəal iş aparılır və təkliflər paketi hazırlanıb. Bu məsələ ətrafında ciddi problemlər var. Elə adam var ki, bankdan 3 min dollar, eləsi də var ki, 50 min dollar kredit götürüb. Məhz kreditin məbləğinə uyğun olaraq vətəndaşa güzəştlər ediləcək”.Hökumətdəki mənbə onu da deyib ki, güzəştlər təkcə dollarla olan kreditlərə şamil edilməyəcək: “Manatla götürülən kreditlərə də güzəştlərin tətbiq edilməsi gözlənilir. Yaxın günlərdə hamı bu məsələ ətrafındakı müsbət dəyişikliklərin şahidi olacaq”.BAKU.WS
Oxşar xəbərlər
Bank rəhbərləri təcili yığıncağa çağırıldı: Kreditlərlə bağlı qərar verilə bilər
Bu gün saat 17:00-da Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Komme...