Bu universitetin əməkdaşlarının əmək haqları artırılıb

Bu universitetin əməkdaşlarının əmək haqları artırılıb
Sosial 1906

Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev təhsil müəssisəsində eyni vəzifə və eyni elmi adlara malik olan əməkdaşların əmək haqlarında olan süni diferensiallaşdırmanın aradan qaldırılması məqsədi ilə əmr imzalayıb.

BAKU.WS "Qafqazinfo” -ya istinadən xəbər verir ki, əmrə əsasən universitet əməkdaşlarının əmək haqlarına yenidən baxılıb.

1 yanvar 2017-ci il tarixindən ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən rəhbər vəzifəni tutan işçilər istisna olmaqla inzibati idarəetmə və xidmətedici heyətdə çalışan işçilərin əmək haqqı təxminən 10 faiz artırılıb. Dəyişiklik nəticəsində ADU-da müəllimin əmək haqqında artım 50 manat, elmlər namizədi olan müəllimin əmək haqqında 200 manat, elmlər namizədi olan baş müəllimin əmək haqqında 150 manat, dosent-elmlər doktorunun əmək haqqında 200 manat, professor-elmlər doktorunun əmək haqqında isə 250 manat təşkil edir.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Nazirdən əhaliyə şad xəbər: pensiyalar və maaşlar artırılır

Nazirdən əhaliyə şad xəbər: pensiyalar və maaşlar artırılır

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncam da əmək pensiyalarında növbəti artımın edilməsini nəzə...

7495 Sosial 10:28 24 yanvar 2017

Son xəbərlər