Bu üç rayonda qaz olmayacaq

Bu gün Bakının Sabunçu, Binəqədi və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "I Zabrat" qazpaylayıcı stnasiyasında (QPS) tənzimləyici qovşağın demontaj olunması işləri, Binəqədi rayonunun İ.Dadaşov küçəsindən qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Zərdabi küçəsində və Nərimanov rayonunun Ş.Rəhimov küçəsində siyirtmənin yerinin dəyişdirilməsi məqsədilə sentyabrın 3-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Zabrat qəsəbəsinin M.İbrahimov, Q.Bayramov, X.Vəliyev, M.Əzizbəyov, Babək, Nizami küçələrinin, Balaxanı qəsəbəsinin P. Məmməd, M.Ə.Sabir, Şəfqət, Dirçəliş, Ə.Haqverdiyev, M.İbrahimov küçələrinin və Fazenda yaşayış massivinin, Nərimanov rayonu üzrə Ş.Rəhimov, M.Əlizadə, C.Hacıbəyli, M.Araz və H.Əliyev küçələrinin, Binəqədi rayonu üzrə İ.P.Dadaşov, Ş.Məmmədov, Nizami və N. Nərimanov, H.Zərdabi, C.Cabbarlı, A.Bakıxanov və A. İsfahani küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Fazil Mustafadan sentyabrın 15-i ilə bağlı həyəcan təbili: "İnsanların əziyyət çəkdiyini görürük"
Sentyabrın 15-də ölkədə məktəblər və universitetlər yeni tədris ilinə start verəcək. Bu isə həm avtomobil, həm də ictimai nəqliyyat sıxlığının artması, uzun tıx...
